Xəzər Xəbər

ABŞ geri addım atdı: 90 gün müddətində...

Texnologiya | 15:07 • 21 May 2019
ABŞ geri addım atdı:

ABŞ Ticarət Nazirliyi qara siyahıya saldığı Çinin "Huawei” şirkətinə tətbiq olunan məhdudiyyətlərin bəzilərinin 90 gün müddətinə təxirə salındığını açıqlayıb.

"Huawei” bu müddət ərzində dünya miqyasında əməliyyatlarının axsamaması üçün ABŞ-da istehsal olunan bəzi məhsulları, şəbəkə xidməti və mobil telefonların yenilənməsi üçün lazımi vasitələri ala biləcək.

ABŞ beləliklə, "Huawei” texnologiyasına istinad edən bəzi məhsulların və xidmət sektorlarının zəifləməsinin qarşısını almağı hədəfləyir. Lakin şirkət bu müddət ərzində yeni məhsulların istehsalı üçün ABŞ istehsalı parçalardan ala bilməyəcək.

Mütəxəssislər isə 90 gün ərzində qüvvədə olan qərarın internet, kompüter və mobil telefonların sistemlərinin çöküş yaşamaması üçün qəbul edildiyini bildirir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp aralarında "Huawei”nin də olduğu 70-ə qədər şirkəti qara siyahıya salmışdı. "Google”, "Intel”, "Broadcom”, "Qualcomm” kimi texnologiya şirkətləri "Huawei” ilə əməkdaşlıqlarını ləğv edəcəklərini açıqlamışdı./publika.az

Xəbər lenti