Xəzər Xəbər

Bu telefon və kompüterlərdən istifadə edənlərin DİQQƏTİNƏ: artıq işləməyəcək

Texnologiya | 14:20 • 20 May 2019
Bu telefon və kompüterlərdən istifadə edənlərin DİQQƏTİNƏ:

ABŞ-la Çin arasında yaşanan ticarət gərginliyi texnologiya sahəsinə də təsirsiz ötüşməyib.

Çinin ən böyük telefon istehsalı şirkəti olan "Huawei”nin məhsulları ABŞ-da qadağan olunub.

ABŞ-ın "Google” şirkəti isə dünyanın ən böyük ikinci telefon istehsalçısı olan bu şirkətlə münasibətlərinə son qoyub. Beləliklə, bundan sonra "Huawei” məhsullarında "Google”un "Android" əməliyyat sistemi işləməyəcək. Bundan başqa, "Intel” və "Qualcomm” şirkətləri də "Huawei” ilə əməkdaşlığa son verdiklərini rəsmi şəkildə açıqlayıb.

"Blumberq” agentliyinin xəbərinə görə, "Huawei” ABŞ-dan belə bir həmlənin gələcəyini ehtiaml edib. Ona görə də hələ 3 ay öncə öz məhsullarında Kirin seriyasından olan əməliyyat sistemlərindən istifadə etməyə başlayıb. Şirkət telefon və kompüterləri üçün öz əməliyyat sistemlərini inkişaf etdirir.

Xəbər lenti