Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Tvitterdə qalmaqal - İstifadəçilərin bu məlumatları üçüncü şəxslərə göndərildi

15.05.2019 11:37

Məşhur sosial şəbəkələrdən olan tvitter bu dəfə istifadəçilərin yerləşdiyi məkanlarla bağlı məlumatları üçüncü şəxslərə -reklamverənlərlə paylaşması qalmaqalı ilə gündəmə gəlib.

Narazılığa səbəb olan bu məlumatdan sonra açıqlama verən şirkət bunun bir virusdan qaynaqlandığını bildirib.

Bu məlumat isə istifadəçilərin ciddi narahatlığına səbəb olub. İndi istifadəçilər bu şəxsi məlumatlarının kimin əlində olmasından xəbərsizdir.

Sosial şəbəkənin öz saytında verilən açıqlamada bu məlumatların göndərilən tərəfdə saxlanılmadığını, problem anlaşılan kimi silindiyini açıqlayıb. Şirkət həmçinin istifadəçilərindən üzr istəyib. Bu problemin bir daha təkrarlanmaması üçün təhlükəsizlik tədbirlərini gücləndirdiklərini bildirib.

Qeyd edək ki, bundan əvvəl feysbuk sosial şəbəkəsi istifadəçilərin şəxsi məlumatlarda gizlilik tələbini pozması ilə gündəmə gəlmişdi./publika.az

© xezerxeber.az


141 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR