Xəzər Xəbər

Votsapda YENİ FUNKSİYALAR

Texnologiya | 10:51 • 23 Mart 2019
Votsapda

Votsap (WhatsApp) istehsalçıları ismarışlar barədə əlavə məlumat toplaya biləcək və spam olub olmadığı barədə yoxlama apara biləcək yeni funksiyanı test edirlər.

Funksiya "yönləndirmə haqqında məlumat” adlanır.

Bu funksiya ilə istifadəçi alınan ismarışın neçə dəfə yönləndiyi barədə məlumat əldə edəcək.

Daha bir funksiyaya görə, 4 dəfədən artıq yönləndirilən ismarışlar xüsusi simvolla qeyd olunacaq.

İstehsalçılar bu funksiyanı tez-tez yönləndirilən ismarışları müəyyən etmək üçün əlavə ediblər./teleqraf

Xəbər lenti