Xəzər Xəbər

"Instagram"da nasazlıq

Texnologiya | 09:45 • 22 Mart 2019
"Instagram"da nasazlıq

Dünyanın bir sıra ölkələrində "Instagram" sosial şəbəkəsinin işində nasazlıq yaranıb.

Bu barədə internet resursların fəaliyyətini izləyən məşhur "Downdetector" xidməti bildirib.

"Instagramın işində problemlər ABŞ-ın Şərq sahili vaxtı üzrə saat 18:01-dən müşahidə olunur", - deyə xəbərdə qeyd edilir.

Nasazlıqlardan ən çox ABŞ, Almaniya, Portuqaliya, Peru, Braziliya və Avstraliya istifadəçiləri şikayət ediblər.

Xidmətin məlumatına görə, istifadəçilərin çox hissəsi (təxminən 54%-i) xəbər lentinə baxışdan, təxminən 28%-i proqrama daxil ola bilməmələrindən şikayətləniblər.


Xəbər lenti