Qrafen batareyaların tutumunu 2 dəfə artıracaq

19.03.2019 16:41

Pensilvaniya Universitetinin mütəxəssisləri tərəfindən polimer kompozitlərdən hazırlanmış passivləşdirən plyonka elektrodları daha effektiv qoruyur. Beləliklə, litium-ion batareyalarını daha ucuz, yüngül və tutumlu etmək üsulu tapılıb.

XəzərXəbər ICTnews-a istinadən bildirir ki, litium-ion akkumulyatorunun vacib elementi elektrolitin ayrılması nəticəsində yaranan mənfi elektrodla (katod) işləyən qoruyucu qatdır. O, Qərb ədəbiyyatında "solid electrolyte interphase" (SEI) adlandırılır. Bu passivləşdirən plyonka elektrolitin ayrılmasını məhdudlaşdırmaq üçün kifayət qədər müqavimət göstərir.

Ancaq o, akkumulyatordan istifadə prosesində artır ki, bu da batareyanın tutumunun azalmasına və müqavimət qabiliyyətinin yüksəlməsinə səbəb olur.

Amerikalı mühəndislər bu maneəni aradan qaldırmaq üçün yeni "SEI" hazırlayıblar. Bu polimerin çoxsaylı qatları metal litiumun səthinə elə yapışır ki, o, elektrolitin molekulları ilə reaksiyaya girmir.

Bundan başqa, reaktiv polimer batareyaların çəkisini və istehsal xərclərini azaldır.

© xezerxeber.az


89 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR