Xəzər Xəbər

Windows 7-nin sonu çatır

Texnologiya | 16:35 • 19 Mart 2019
Windows 7-nin sonu çatır
"Microsoft" 2019-cu ilin aprelindən etibarən "Windows 7" sistemində texniki dəstək xidmətinin dayandırılması və "Windows 10" sisteminə keçid zərurəti haqqında bildirişlər göstərməyi planlaşdırır.

XəzərXəbər ICTnews-a istinadən bildirir ki, "gələn aydan etibarən "Windows 7" sisteminin idarəetməsi altında işləyən kompüterlərdə bildirişlər göstəriləcək" - "Microsoft"un rəsmi bloqunda korporasiyanın vitse-prezidenti Mett Barlou bu günlərdə yazıb.

Həmçinin Barlou deyib ki, 2019-cu ilin fevral-dekabr aylarında bildirişlər bir neçə dəfə göstəriləcək. Xatırladaq ki, "Microsoft" 14 yanvar 2020-ci il tarixində "Windows 7" sisteminin rəsmi dəstəyini dayandıracaq.

Xəbər lenti