Xəzər Xəbər

“Xiaomi” yeni ucuz smartfonunu satışa çıxarır

Texnologiya | 16:32 • 19 Mart 2019
“Xiaomi” yeni ucuz smartfonunu satışa çıxarır

"Xiaomi" yeni "Redmi 7" smartfonunu satışa çıxarır.

XəzərXəbər AZƏRTAC-a istinadən bildirir ki,qurğu 12+2 meqapiksellik ikili kamera, HD+ keyfiyyətli 6,26 düym diaqonallı və "Gorilla Glass 5" şüşə örtüklü ekranla təchiz olunub.

Smartfon müvafiq olaraq 2+16, 3+32 və 6+64 geqabaytlıq daimi və operativ yaddaşlı üç həcm variantı ilə satışa çıxarılacaq.

Çində "Redmi 7" smartfonlarının satışı martın 26-da başlayacaq və müxtəlif konfiqurasiyalarının qiyməti 104-149 dollar arasında dəyişəcək.

Xəbər lenti