Xəzər Xəbər

Çin metrosunda sifət üzrə ödəniş sınaqdan keçirilir

Texnologiya | 15:26 • 18 Mart 2019
Çin metrosunda sifət üzrə ödəniş sınaqdan keçirilir

Çin metrosunda sifət üzrə ödəniş sınaqdan keçirilir.


Hələ ki sərnişinlərin sifətinin tanınması sistemi Şençjen şəhərinin yeganə stansiyasında eksperimental rejimdə işləyir. Amma texnologiya sürətlə inkişaf edir və yaxın illərdə sifət üzrə ödəniş bütün ölkədə geniş yayılacaq.


AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Şençjen şəhərinin metropolitenində Futyan stansiyasında sifət üzrə sınaq ödəniş sistemi istifadəyə verilib. Bilet təqdim etmək və ya smartfonda QR kodu skan etmək əvəzinə, sərnişinlər stansiyanın girişində kiçikölçülü ekrana yaxınlaşmalı və sifətlərini skan etməlidirlər. Sifətin tanınması sistemi insanı tanıdıqdan sonra avtomatik olaraq ona bağlı hesabdan pul çıxacaq.


Sözügedən texnologiya "Huawei” şirkətinin köməkliyi ilə hazırlanıb. Belə təhlükəsiz rabitə "5G” şəbəkəsi sayəsində həyata keçirilir.

Xəbər lenti