Xəzər Xəbər

“Google” şirkəti “Allo” messencerinin işini rəsmən dayandırıb

Texnologiya | 18:59 • 16 Mart 2019
“Google” şirkəti “Allo” messencerinin işini rəsmən dayandırıb

"Google" şirkəti "Allo" messencerinin işini rəsmən dayandırıb. Şirkət müvafiq məlumatı xidmətin rəsmi səhifəsində yerləşdirib.


Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, təəssüf ki "Allo" messencerinin əvəzetməsi hələ hazır deyil, "Android" sistemində mesajlarla mübadilə sistemi isə hazırda messencerlərdə istifadə edilən lazımi funksiyalar dəstinə malik deyil.


Xatırladaq ki, "Google" şirkəti mesajlarla mübadilə üçün nəzərdə tutulmuş "Allo" mobil proqramını 2016-cı ilin sentyabrında təqdim etmişdi. Şirkət 2019-cu ilin dekabrında layihəni bağlamaq niyyəti haqqında məlumat vermişdi.

Xəbər lenti