Xəzər Xəbər

“Hayabusa-2” kosmik zondu Ryuqu asteroidinə enib

Texnologiya | 14:11 • 22 Fevral 2019
“Hayabusa-2” kosmik zondu Ryuqu asteroidinə enib

Fevralın 22-də Yaponiyanın "Hayabusa-2” kosmik zondu uğurla Ryuqu asteroidinin səthinə enib.


Bu barədə Yaponiyanın Kosmik Məkanın Tədqiqi Agentliyi (JAXA) məlumat yayıb. Bildirilir ki, kosmik zond asteroidin səthinə Yaponiya vaxtı ilə səhər saat 7:45 dəqiqədə enib. Qeyd edilir ki, aşağı hissəsində təqribən bir metr uzunluqda xüsusi qurğuya malik olan "Hayabusa-2” zondu asteroidin üzərindən nümunələr götürəcək. Həmin qurğu zond tərəfindən atəş açılan zaman uçan daş parçalarını tutmaq üçün layihələndirilib.


JAXA-nın məlumatına görə, zonddan daxil olan informasiyalar atəşin planauyğun şəkildə aparıldığını təsdiq edir.


"Hayabusa-2” kosmik zondunun əməliyyat qurtardıqdan sonra 20 min metr yüksəkliyə qalxacağı və asteroidlə növbəti əlaqəyə hazırlaşacağı bildirilir. (AZƏRTAC)

Xəbər lenti