Xəzər Xəbər

“Instagram” vasitəsilə “Android” virusları yayılır

Texnologiya | 19:08 • 21 Fevral 2019
“Instagram” vasitəsilə “Android” virusları yayılır

"Doktor Veb" antivirus proqram təminatı istehsalçısı "Instagram" xidmətinin köməyi ilə "Android" üçün troyan viruslarının yayılması haqqında məlumat verib.


Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, söhbət zəhlətökən reklamın göstərilməsi üçün nəzərdə tutulmuş "Android.HiddenAds" zərərli proqramlar sinfindən gedir. Virus daima başqa proqramların pəncərəsini və sistem interfeysini gizlədən banner və video elanlardan ibarət pəncərələr göstərir və qurğunun işləməsinə mane olur.


2019-cu il fevralın əvvəlindən belə zərərli proqramların təxminən 40 yeni modifikasiyası aşkar edilib və təxminən 10 milyon istifadəçi onları yükləyib. Fırıldaqçılar bu troyanlardan bəzilərini "Instagram" və "YouTube" vasitəsilə yayırlar.


Ekspertlər xəbərdarlıq edirlər ki çoxmilyonlu auditoriyası olan populyar sosial şəbəkə və internet xidmətlərində reklam nəticəsində təhlükəli proqramları quraşdıra bilən potensial qurbanların sayı xeyli artır.

Xəbər lenti