Xəzər Xəbər

“WhatsApp”-dan gözlənilməz limit

Texnologiya | 12:55 • 22 Yanvar 2019
“WhatsApp”-dan gözlənilməz limit

Yəqin bayramlarda sizə də eyni anda çox sayda adama göndərildiyi hiss olunan şablon mesajlar gəlir. Daha gəlməyəcək. "WhatsApp” buna məhdudiyyət qoymaq qərarına gəlib. Bundan sonra sosial proqram istifadəçiləri eyni mətnli mesajı yalnız uzağı beş nəfərə göndərə biləcək.

Bizimyol.info xəbər verir ki, "WhatsApp” bu yolla yalan informasiyaların yayılmasının qarşısını almağa çalışır. Nəzər alın ki, qruplarda belə məlumatlar daha tez yayılır. Çünki bir qrupa 256 nəfərə qədər adam əlavə etmək mümkündür. Deməli, yenə bir informasiyanı 1280 nəfərə yetişdirmək olar. Əvvəl bu rəqəm dörd dəfə çox idi.

Bu məhdudiyyət artıq yarım ildir Hindistanda var. Orada yalan informasiya yayılması bir günahsız adama qarşı fiziki təzyiqlərlə nəticələnmişdi. "WhatsApp”ın sahibi sayılan "Facebook”a dəyişikliklər üçün ən böyük təzyiq edənlərdən biri də Hindistan hökumətidir.

Xəbər lenti