Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bu dəfə pilotlu uçuş aparatı hazırlandı - FOTO

18.01.2019 15:17

Budapeştin "Maform Design” sənaye dizaynı şirkəti "Lift Aircraft” firması ilə birgə ilk multirotor tipli "eVTOL” təyyarəsini təqdim edəcək. Bu kiçik uçuş aparatı "Nexa” da adlanır.

AZƏRTAC xəbər verir ki, pilotlu bu aparatda uçuş üçün lisenziya tələb olunmur və 18 dəst vintdən, habelə mühərrik və batareyadan ibarət olan multirotor tipli "eVTOL” təyyarəsi ilə istənilən adam dünyanın hər hansı nöqtəsində səmaya uça bilər. Lakin kiçik ölçülü təyyarədə sərnişin üçün oturacaq yoxdur. Bu uçuş aparatının çəkisi cəmi 196 kiloqramdır və ABŞ Federal Aviasiya Administrasiyası tərəfindən "çox yüngül” təyyarə kateqoriyasına aid edilib. Onun mühəndislərinin sözlərinə görə, asan idarə olunan multirotor tipli təyyarə ilə uçuş tamamilə təhlükəsizdir. Dronlarda olduğu kimi, bu uçuş aparatının sabitliyi də kompüterlə təmin olunur, pilot isə idarəetməni coystiklə (kompüter üçün oyun çubuğu) həyata keçirir. Təyyarədə yüksəkliyi, küləyin sürətini və istiqamətini nəzərə alaraq lazım olan enerjini tənzimləyən cihaz da var. Batareyanın boşalması zamanı isə əməliyyat sistemi avtomatik işə düşərək yerə enişi təmin edir.

Təyyarədə uçmaq üçün virtual reallıq simulyatorlarında təlim keçmək lazımdır. Pilotlar 18 yaşından yuxarı, 195 santimetrədək boyu və 113 kiloqramadək çəkisi olan şəxslər olmalıdır. Bu tələblərə cavab verən iddiaçılar "eVTOL” təyyarəsinin sükanı arxasında bir dəfəlik 15 dəqiqə müddətində uçuş həyata keçirə bilərlər.

© xezerxeber.az

FOTOQALERIYA






304 dəfə oxunub

ÇOX OXUNANLAR