Xəzər Xəbər

“Google” Nyu-Yorkda fəaliyyətini daha da genişləndirəcək

Texnologiya | 12:05 • 18 Dekabr 2018
“Google” Nyu-Yorkda fəaliyyətini daha da genişləndirəcək

"Google” Nyu-Yorkda öz ofisini və şirkəti şəhərin ən iri kommersiya icarədarına çevirəcək əməliyyatları genişləndirəcəyini bəyan edib. Bu, həmçinin yaxın illərdə minlərlə yeni iş yerinin açılacağına şərait yaradacaq.

AZƏRTAC-ın məlumatına görə, şirkətin rəhbərliyi Vest-Villic rayonunda böyük ofis binasını icarəyə götürəcəyini və onu 158 min kvadratmetr sahəsi olan yeni kampusda mərkəzi ofisə çevirəcəyini bildirib. "Google” kampusun əsaslı surətdə təkmilləşdirilməsinə 1 milyard dollar sərmayə qoymağı planlaşdırır. Bu kampusa, həmçinin yaxınlıqda yerləşən Hadson küçəsindəki iki bina da daxil edilib.

Xəbər lenti