Xəzər Xəbər

“Voyager-2” Günəş sistemindən çıxdı

Texnologiya | 15:09 • 11 Dekabr 2018
“Voyager-2” Günəş sistemindən çıxdı

1977-ci ildə fəzaya göndərilən "Voyager-2” Günəş sistemindən çıxan ikinci aparat olub.

"BBC"-nin məlumatına görə, bu peyk əkizi "Voyager-1”dən 16 gün öncə göndərilsə də, iki aparat arasındakı sürət fərqi səbəbilə "Voyager-1” onu qabaqlayaraq 6 il öncə Günəş sistemindən çıxmağı bacarıb. Hazırda hər iki peyk Günəş sistemindən kənardadır. Bu barədə məlumatlar Amerika Geofizika Birliyinin ( AGB) Vaşinqtonda baş tutan iclasında üzə çıxıb.

Baş elmi işçi, professor Eduard Ston məlumatı təsdiqləyib və əlavə edib ki, "Voyager 2”nin Günəş sistemindən çıxma tarixi 5 Noyabr 2018-ci il kimi qeydə alınıb.

Hazırda "Voyager-2” dünyadan təxminən, 18 milyard kilometr uzaqdadır. "Bu, "Voyager”ın 41 illik səyahətinin ən həyəcanlı anlarıdır. Hazırda onlar kəşf edilməmiş ərazidədirlər” – Eduard Ston deyib. Onun sözlərinə görə, qalaktikamız o qədər böyükdür ki, "Voyager 1” olduqca sürətli hərəkət etməyinə baxmayaraq, o, 40 min il müddətində heç bir ulduza yaxınlaşmayacaq.

1977-ci ildə "Voyager”lərlə intellektə malik yad planetlilər üçün Yer haqqında mühüm informasiyalar göndərilib. Qızıl suya çəkilmiş diskə yazılan 27 nitq və səs fraqmenti arasında Azərbaycan musiqisi də var.

AzNews.az

Xəbər lenti