Xəzər Xəbər

Smartfonlar 1 həftə şarjsız işləyəcək

Texnologiya | 13:03 • 11 Dekabr 2018
Smartfonlar 1 həftə şarjsız işləyəcək

Batareyalar yeni materialdan hazırlanacaq.Alimlər 2015-ci ildə kimya üzrə Nobel mükafatı laureatı Robert Qrabbsın rəhbərliyi altında smartfonlar üçün 1 həftə ərzində şarj saxlaya bilən akkumulyator hazırlayıblar.

Yeni akkumulyator ftorid materialı əsasında işləyəcək. İndi litium-ion batareyalar buraxılır. Ftorid materialın problemi ondadır ki, özündən enerjini buraxaraq güclü qızır. Alimlər bu problemi həll ediblər.

Ftoriddən hazırlanmış akkumulyatorda enerjinin sıxlığı yüksəkdir. Belə akkumulyator indiki batareyalarla müqayisədə 8 dəfə daha çox enerji saxlaya bilər. Qeyd edək ki, yeni hazırlama ilkin mərhələdədir. /faktxəbər

Xəbər lenti