Çin Yaponiyanın qadağasından narahatdır

07.12.2018 18:28

Çin Yaponiyanın dövlət müəssisələrində "Huawei Technologies” və "ZTE” şirkətlərinin avadanlığından istifadəni qadağan etmək niyyətindən dərin narahatlıq keçirir.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmisi Qen Şuan ənənəvi mətbuat konfransında bəyan edib. O, Çinin hər iki şirkətinin Yaponiyadakı əməliyyatlarının qanun çərçivəsində həyata keçirildiyini bildirərək, ölkəsinin Yaponiya tərəfindən Çin şirkətləri üçün ədalətli fəaliyyət mühitini təmin edəcəyinə ümidvar olduğunu deyib. Çin xarici siyasət idarəsinin rəsmisi əmin olduğunu bildirib ki, Yaponiya iki ölkə arasındakı qarşılıqlı etimadı və əməkdaşlığı zəiflədəcək hər hansı addım atmayacaq.

Qeyd edək ki, ABŞ administrasiyasının müttəfiq ölkələrin simsiz rabitə və internet provayderlərini "Huawei” şirkətinin avadanlığından imtina etməyə çağırmasından sonra Yaponiya Çin xüsusi xidmət orqanlarının casusluq etməsindən ehtiyatlanaraq dövlət müəssisələrində "Huawei Technologies” və "ZTE” şirkətlərinin telekommunikasiya avadanlığından istifadəni qadağan etmək niyyətində olduğunu bildirib. (AZƏRTAC)

© xezerxeber.az


72 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR