Xəzər Xəbər

Yeni fırıldaqçı virus yayılmağa başlayıb

Texnologiya | 15:54 • 6 Dekabr 2018
Yeni fırıldaqçı virus yayılmağa başlayıb

Çin ərazisində ölkənin populyar "WeChat” messenceri vasitəsilə yeni fırıldaqçı virus sürətlə yayılmağa başlayıb. Bu barədə "Velvet Security” şirkətinin hesabatında deyilir.

Zərərli proqram qurbanların fayllarını şifrləyərək 110 yuan (15 dollar) məbləğində pul tələb edir. Bundan başqa fırıldaqçı virus "Alipay”, "NetEase”, "Baidu Cloud Disk”, "Jingdong”, "Taobao”, "Tmall”, "QQ” və "AliWangWang” servisləri üçün istifadəçi hesablarının parollarını oğurlayır.

Məlumata görə, zərərli proqram dekabrın 1-də aktivləşməyə başlayıb. İndiyədək ekspertlər tərəfindən 100 mindən çox qurğunun virusa yoluxması qeydə alınıb.

"Velvet Security” analitiklərinin sözlərinə görə, onlar tərəfindən virusun şifrlənməsində boşluq aşkarlanıb. Bunun sayəsində istifadəçilərə məlumatların şifrinin pulsuz açılması təklif edilib.

Bundan əvvəl isə məlum olub ki, kibertəhlükəsizlik sahəsi üzrə ekspertlər "Google Play” mağazasında orijinal proqram adı ilə maskalanmış 13 saxta əlavə aşkarlayıblar. Onlar ümumilikdə 560 min dəfədən çox yüklənib./faktxəbər

Xəbər lenti