Xəzər Xəbər

Yaponiyada süni peyk biznesi haqqında qanun qüvvəyə minib

Texnologiya | 16:58 • 16 Noyabr 2018
Yaponiyada süni peyk biznesi haqqında qanun qüvvəyə minib

Yaponiyada fərdi sektorun lisenziyalı şirkətlərinə süni peyk biznesinə yol açan qanun qüvvəyə minib.


AZƏRTAC xəbər verir ki, kosmik fəaliyyət haqqında qanun yalnız Yaponiyanın Kosmik Məkanın Öyrənilməsi Agentliyinə (JAXA) və onun razılığı ilə çalışan "Mitsubishi Heavy Industries” şirkətinə deyil, digər şirkətlərə də süni peyklərin buraxılmasına icazə verəcək.


Bu zaman həmin şirkətlərin hökumətin müəyyən etdiyi tələblərə cavab verməsi və müvafiq yoxlamalardan keçməsi zəruri şərt kimi irəli sürülür. Süni peyklərin buraxılması ilə məşğul olacaq şirkətlər uğursuz buraxılışla bağlı məcburi sığortadan keçməlidirlər. Dəyən zərər sığorta məbləğini üstələyəcəyi halda, hökumət kompensasiyanın bir hissəsini ödəməyi öz üzərinə götürəcək.

Xəbər lenti