Xəzər Xəbər

Kompüterlərin qəniminin adı açıqlandı — Siz də diqqətli olun

Texnologiya | 15:36 • 16 Noyabr 2018
Kompüterlərin qəniminin adı açıqlandı

VannaCry virusunun arxasında Şimali Koreya hakimiyyəti ilə əlaqələndirilən Lazrus qruplaşması dayanır

2017-ci ildə bütün dünyada kompüterlərə yayılan VannaCry virusu son aylarda ən çox yayılan qəsbkar virus hesab edilib.

Bu barədə "Kasperski Labaratoriya"sının hesabatında qeyd edilib.

Analitiklərin hesablamalarına görə, son aylarda VannaCry şirkətin müştərilərinin kompüterlərinə hücum edən viruslar arasında çoxluq təşkil edib. Belə ki, bu virusun köməkliyilə edilən hücumlar 29 faiz təşkil edir.

VannaCrya-dan sonra yayılmış ikinci virus GandGrab troyan virusunun yeni versiyasıdır. Bu virus proqramı 12 faizdən çox kompüterlərə hücum edib.

Mütəxəssislər lider viruslar siyahısına "Crysis", "Shade", "Roly Ransom" və "Cryakl" virus proqramlarını daxil ediblər. Sonuncu viruslar reytinqində 3-cü yeri tutur və edilən hücumların 10 faizi onların payına düşür.

Xatırladaq ki, VannaCry kompüter virusunun sonuncu hücumu Boeing aviatikinti şirkətinə olmuşdu. Zərərli virusun yenilənmiş versiyası təşkilatın bir neçə sisteminə zərər vermişdi.

Kompüter virusunun ikinci böyük hücumu isə 2017-ci ildə baş vermişdi. Naməlum kibercinaytəkarlar bütün dünyada kompüterlərdə olan məlumatları əngəlləmiş və pul tələb etmişdi. Yayılmış virusu bir gün sonra dayandırmaq mümkün olmuşdu. Həmin vaxt kiberhücumun verdiyi zərər bir milyard dollar olaraq dəyərləndirilmişdi.

Ekspertlər əmindir ki, VannaCry virusunun arxasında Şimali Koreya hakimiyyəti ilə əlaqələndirilən Lazrus qruplaşması dayanır./sputnik.az

Xəbər lenti