Xəzər Xəbər

Bu ölkədə Facebook,Twitter və Youtube-a girişə icazə verildi

Texnologiya | 10:28 • 16 Noyabr 2018
Bu ölkədə Facebook,Twitter və Youtube-a girişə icazə verildi

Sosial şəbəkələr noyabrın 6-da Xoroq etirazından sonra bağlanmışdı.

Tacikistanda Facebook, Twitter və Youtube-a girişə icazə verilib. Ancaq digər sosial şəbəkələr hələ də bloklanmış vəziyyətdədir.

Bu haqda informasiyanı Axbor nəşri yayıb.

Mənbə yazır ki, sosial şəbəkələr noyabrın 6-da Xoroq etirazından sonra bağlanmışdı. Həmin gün şəhərin yüzlərlə sakini vilayət administrasiyası binası önünə toplaşaraq şəhərdə qoyulan əlavə polis postlarının yığışdırılmasını tələb ediblər.

Xəbərdə deyilir ki, noyabrın 4-də Tirçid yaşayış məskənində atışma olub, nəticədə 3 yerli sakin yaralanıb.

Vəziyyətin normallaşması üçün əraziyə əlavə qüvvələr yeridilib, patrul postları qoyulub./AzNews.az

Xəbər lenti