Xəzər Xəbər

21 gün enerji saxlayan YENİ TELEFON

Texnologiya | 12:04 • 15 Noyabr 2018
21 gün enerji saxlayan

Finlandiyanın "Nokia" brendi altında mobil qurğular istehsal edən "HMD Global" şirkəti yeni düyməli "Nokia 106"telefonunu təqdim edib.

"RİA Novosti" xəbər verir ki, "Nokia 106" istifadəçiləri bu qurğudan təqribən 16 saat danışıq, 21 gün isə gözləmə rejimində yararlana biləcəklər.

Qadcetin gövdəsi polikarbonatdan hazırlanıb. Qurğuda enerji yığmaq üçün micro-USB-portu da var.

İstehsalçıların sözlərinə görə, yeni məhsulun xüsusi dizaynı cızıqları daha az nəzərəçarpan edəcək./publika.az


Xəbər lenti