Xəzər Xəbər

"WhatsApp"dan istifadəçilər üçün çox pis xəbər gəldi

Texnologiya | 15:52 • 14 Noyabr 2018
"WhatsApp"dan istifadəçilər üçün çox pis xəbər gəldi

İstifadəçilərin yazışması avtomatik olaraq silinəcək.

"WhatsApp"dan milyonlarla istifadəçisinə yeni xəbər var.

"WhatsApp" yazılarını özündə saxlayan Google Drive uzun illər bu xidmətdən yararlanmayan istifadəçilərin yazışmasını avtomatik olaraq siləcək.

Qeyd edək ki, vaxtilə "WhatsApp"ın Google Drive ilə anlaşması bir çoxları üçün ciddi müzakirə mövzusu olmuşdu. Belə ki, Google Drive yüklənən yazışmalar şifrələnmir. Bu səbəbdən onlar başqalarının əlinə keçə bilər. Məhz buna görə də, istifadəçilər yazışmalarını Google Drive yükləmirlər.

Gözlənildiyinə görə, yeni qərar istifadəçilərin narazılığına səbəb olacaq./sputnik

Xəbər lenti