Xəzər Xəbər

Kosmosdan gələn siqnalları kim göndərir? Alimlərdən yeni açıqlama

Texnologiya | 14:03 • 17 Oktyabr 2018
Kosmosdan gələn siqnalları kim göndərir?
Professor Rayan Şennon məsələ ilə bağlı açıqlama verib

Avstraliyadakı Svinbörn texniki universitetinin alimləri kosmosun dərinliklərindən gələn 20-ə yaxın yeni radio siqnal kəşf ediblər.

Professor Rayan Şennon məsələ ilə bağlı açıqlama verib. Alim bildirib ki, yeni radio teleskoplar vasitəsilə bir il ərzində 20-ə qədər sürətli radio partlayışı qeydə alınıb. Ən yaxın radio siqnal 425 milyon işıq ili uzaqdan gəlir.

Bəzi mütəxəssislər bu siqnalların yadplanetli sivilizasiya tərəfindən göndərildiyini bildirir. Güclü radio dalğaları ilk dəfə 2007-ci ildə Avstraliyadakı "Parkes” radio teleskopu tərəfindən kəşf edilib.
NASA-nın "Nyu Horizons” missiyasında işləyən Alan Stern dünyadan kənar bir mədəniyyətlə niyə əlaqə qura bilmədiyimizə aid bir teoriya işləyib. Sternə görə yadplanetlilər sualtı bir mədəniyyət yaradıblar. "American Astronomical Society”də verdiyi konfransda alim bildirib ki, dünyadan kənarda canlılar qalaktikaların başqa hissələrində, yaşadıqları planetlərin okeanlarının dərinliklərində yaşayırlar. Kainatda planetimizə bənzəyən 40 milyard planet var. Amma hələ də heç bir yad sivilizasiya bizimlə əlaqəyə girməyib. (olke.az)

Xəbər lenti