Xəzər Xəbər

BMW Çinə 3,5 milyard ABŞ dolları məbləğində sərmayə yatıracaq

Texnologiya | 15:52 • 11 Oktyabr 2018
BMW Çinə 3,5 milyard ABŞ dolları məbləğində sərmayə yatıracaq

Almaniyanın məşhur avtomobil istehsalçısı "BMW Group” Çinə 3,5 milyard ABŞ dolları məbləğində sərmayə yatıracaq.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, BMW-nin Çinəki partnyoru "Brilliance China Automotive Holdings” ilə əməkdaşlığı növbəti 22 il müddətinə uzadılmasına dair müqavilədə belə qeyd olunur. Razılaşmaya əsasən, birgə müəssisə olan "BMW Brilliance Automotive”in Çinin Şenyan şəhərindəki iki zavodunun sahəsini genişləndirilməklə, istehsal çoxaldılacaq. Qarşıdakı 3-5 ildə ümumi istehsal gücü ildə 650 min avtomobilə çatdırılacaq, 5 min yeni iş yeri yaradılacaq.


BMW-nin yaydığı məlumata əsasən, şirkət "BMW Brilliance Automotive”dakı payını 50 faizdən 75 faizə qaldırmaq niyyətindədir.


Qeyd edək ki, 2003-cü ildə yaradılan "BMW Brilliance Automotive” birgə müəssisəsi BMW avtomobillərinin istehsalı, idxalı və satışı ilə məşğuldur. Ötən il Çində 560 min BMW avtomobili satılıb ki, onun üçdə ikisi Şenyan şəhərindəki zavodlarda yığılıb.

Xəbər lenti