İlk “Facebook” qurğusu buraxılıb

09.10.2018 16:13

"Facebook” şirkəti "Messenger” əlavəsi vasitəsilə videodanışıqlar üçün nəzərdə tutulan və fərdi məlumatların mühafizəsi üçün bir sıra funksiyalara malik "Portal” və "Portal+” "ağıllı” dinamiklərini təqdim edib.

TASS informasiya agentliyi xəbər verir ki, "Portal” dinamikinin ekran diaqonalı 10 düym (25,4 santimetr), "Portal+” dinamikinin isə 15,6 düym (39,6 santimetr) təşkil edir. Şirkət əsas diqqəti qurğuların proqram təminatının söhbət zamanı otaqda neçə nəfərin olmasını müəyyənləşdirərək kameranı onlara yönəltməsi imkanına yetirib. Bundan əlavə, yeni qurğuların mikrofonları hətta hərəkətdə olan istifadəçinin səsini yüksəldir. Qrup şəklində zənglərdə eyni anda 7-dək qurğudan istifadə mümkündür.

Məlumata görə, "Alexa” əlavəsini dəstəkləyən "ağıllı” dinamikləri səslə idarə etmək onlar. Şirkət nümayəndələri bildirirlər ki, "Portal” və "Portal+” vasitəsilə hava proqnozu haqqında məlumat əldə etmək, məhsullar sifariş vermək, avtomatlaşdırılmış məişət sistemlərini idarə etmək mümkündür. Bundan başqa, danışıq zamanı əlavə reallıq effektlərindən istifadə etmək olar.

Bildirilir ki, "Facebook” qurğu istifadəçilərinin fərdi məlumatlarının mühafizəsinə xüsusi diqqət yetirib. Belə ki, kameranın bağlanılması üçün çexol mövcuddur, onu və mikrofonu bir toxunuşla söndürmək olar. Qeyd olunur ki, şirkət "Portal” və "Portal+” vasitəsilə aparılan danışıqlara aid məlumatları toplamır, kamera və mikrofonun işləməsi zamanı bütün proqram prosesləri "Facebook” serverlərində deyil, qurğularda aparılır.

Hazırda ABŞ-ın internet mağazalarında qurğular üçün ilkin sifarişlərin qəbuluna başlanılıb. Onların alıcılara çatdırılması noyabr ayında nəzərdə tutulur./Azərtac

© xezerxeber.az


78 dəfə oxunub

XƏBƏRLƏR

16.10.2018 20:34

Paşinyan istefa verdi

ÇOX OXUNANLAR