Xəzər Xəbər

Çində 4 min sayt bloklandı

Texnologiya | 17:03 • 23 Sentyabr 2018
Çində 4 min sayt bloklandı

Çin Xalq Respublikası hökuməti 4 min sayt və akkauntu bloklayıb.


Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Pekin bu saytların qadağan olunmuş məlumatları yayması qənaətindədir.


Fırıldaqçılıqda, insanları müxtəlif dini təşkilatlara cəlb etməkdə, pornoqrafiya və hətta "şayiə” yaymaqda şübhəli bilinən saytlar və sosial şəbəkələrdəki hesablar bloklanıb.


Şəbəkədə "zərərli konent”in üzə çıxarılması kampaniyası Çində bu ilin mayında start götürüb.


İndiyə qədər 120 qanun pozuntusu aşkarlanıb, onların aradan qaldırılması 230 şirkətə həvalə edilib.


Xəbər lenti

Çox oxunanlar