"Samsung” şirkəti Galaxy seriyasının yeni modelinin görüntülərini yayımlayıb.
Bu barədə mediaya şirkətin mobil bölməsinin rəhbəri Don-Sin Koh Çin məlumat verib. Bildirilib ki, ən son texnologiyalarla təchiz ediləcək "Galaxy S10” smartfonu əvvəlki smartfonlardan xarici görünüşü ilə fərqlənəcək. Əhəmiyyətli dəyişiklik sadəcə xarici görünüşündə deyil proqram təminatında da özünü göstərəcək.
Sonuncu dəfə "Galaxy S6” smartfonundan başlayaraq istehsalçı hər iki nəsildən bir smartfonun dizaynını köklü şəkildə dəyişib. Hazırda gələcək yeni model "Galaxy S10” mobil telefonun fotoşəkilləri internetə yüklənib.
"Galaxy S10” smartfonunun bütün tərəfləri olduqca nazik
çərçivələnib. Ekranın alt hissəsində quraşdırılacaq ön kamera adi
rejimdə yox, yalnız kamera əlavəsində görünəcək.
Sözügedən "Galaxy S10” smartfonunun 2019-cu ilin fevral ayında
Mobil Dünya Konqresində (MWC) təqdim ediləcəyi gözlənilir./publika.az