Xəzər Xəbər

“Apple” “iOS12” əməliyyat sistemini təqdim edib

Texnologiya | 16:26 • 18 Sentyabr 2018
“Apple” “iOS12” əməliyyat sistemini təqdim edib

"Apple” şirkəti "iOS12” əməliyyat sistemini yeniləyib.


Xezerxeber.az xəbər verir ki, korporasiyanın nümayəndələrinin məlumatına görə, yeni sistem proqram və kameranın məhsuldarlığını artırır. İndi şəkillərin albomlarda axtarışı həm yerlər, həm də açar sözlər və tətbiq edilmiş effektlər üzrə mümkündür. Bundan başqa, yeni əməliyyat sistemində "FaceTime” tətbiqində qrup zənglərinə 32-dək istifadəçi dəvət etmək olar. Əməliyyat sistemi yeni modellərlə yanaşı, "iPad Air”, "iPhone 5s”, 6-cı "iPod Touch” üçün əlçatandır.

Xəbər lenti