Xəzər Xəbər

`Samsung Galaxy S10`un bəzi xüsusiyyətləri açıqlandı

Texnologiya | 11:53 • 17 Sentyabr 2018
`Samsung Galaxy S10`un bəzi xüsusiyyətləri açıqlandı

Cənubi Koreya nəhəngi olan "Samsung” mobil şirkətinin rəhbəri yeni "Samsung Galaxy S10” smartfonunun bəzi sirlərini açıb.

Bununla bağlı "AKKet” nəşri yazıb.

Donq Cin Ko bildirib ki, "Galaxy S10”-un dizaynında çox əhəmiyyətli dəyişikliklər olacaq və nəticədə o, digər smartfonlardan fərqlənəcək.

Məlumatlara görə, yeni model "barmaq izi” funksiyası və üç kamera ilə təchiz olunacaq. "Galaxy S10”-un qiyməti də digərlərindən yüksək olacaq.

"Samsung Galaxy S10”-un təqdimat mərasimi fevralın sonunda Barselonada keçiriləcək.

Xəbər lenti