Xəzər Xəbər

Cəmi 5 dəqiqəyə…

Texnologiya | 23:15 • 16 Sentyabr 2018
Cəmi 5 dəqiqəyə…

Segerdal artıq öz araşdırmasını Aplle, Mircosoft və İntel şirkətlərinə göndərib

Ən müasir kompüterlər belə hakerlərə qarşı həssasdır. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bunu F-Secure şirkətinin mütəxəssisləri qeyd ediblər.

Təhlükəsizlik məsləhətçisi Olle Segerdala görə, istənilən kompüterə hücum edib, ona müdaxilə etmək 5 dəqiqə zaman alır. Hakerlər şəxsi məlumatları oğurlamaq üçün "soyuq sıfırlama” üsulundan istifadə edə bilirlər.

Bu hücum üsulu, işləyən proqramları dayandırmadan kompüterin bağlanması və yenidən işə başlamasından ibarətdir. Bundan sonra kiber-dələduzlara yalnız RAM-da olan məlumatları bərpa etmək tələb olunur.

Müasir cihazlar əsas yaddaşı yenidən yazmaq imkanına malikdirlər. Lakin Segerdal bu prosesin aradan qaldırılması üçün bir yol tapıb. O, müəyyən edib ki, onları idarə edən ayarlar fiziki müdaxilədən qorunmur. Belə ki, kiber hücumçu yaddaşı yenidən yazmaq prosesini dayandıra və xarici USB-dən istifadə edərək hücuma başlaya bilər.

Mütəxəssislərin fikrincə, hakerlərin hədəfi ilk növbədə itirilmiş noutbuklardır. Şirkət işçilərinin iş cihazları da hakerlərin xüsusi maraq dairəsindədir. Çünki onlar bu cihazlar vasitəsilə korporativ şəbəkələri sındıra bilirlər.

Segerdal artıq öz araşdırmasını Aplle, Mircosoft və İntel şirkətlərinə göndərib. O qeyd edib ki, bu problemin həlli hələ ki, tapılmayıb.



Read more: https://sputnik.az/news/20180916/417035697/cemi-bes-deqiqe.html

Xəbər lenti