Dünyada 253 milyon nəfər “Apple Pay” ödəniş xidmətindən istifadə edir

11.08.2018 11:23

"Apple Pay” ödəniş xidməti sürətlə populyarlaşaraq "Apple”ın xidmət biznesinin inkişafında vacib istiqamətlərdən birinə çevrilir, "Loup Ventures” investisiya şirkətinin həmtəsisçisi və "alma” şirkətinin məhsulları üzrə tanınmış analitiklərdən biri olan Gene Manster belə hesab edir.

AZƏRTAC "dailycomm.ru” saytına istinadla xəbər verir ki, mütəxəssis dəfələrlə xidmət istiqamətinin "Apple”ın gələcək uğurunun təmini olduğunu bildirib. Korporasiyanın rüblük nəticələri də bunu təsdiq edir: bu il iyunun 30-da bitən üç aylıq hesabat dövrü üçün "Apple”ın xidmət gəliri ötən illə müqayisədə 33 faiz artaraq 9,5 milyard dollara yaxınlaşıb.

"Hazırda 24 ölkədə "Apple Pay” ödənişləri keçərlidir və tezliklə Almaniya da bu ölkələrin siyahısına qoşulacaq. Biz hesab edirik ki, "Apple Pay” ödəniş xidmətinin istifadəçi bazası təxminən 253 milyon nəfər təşkil edir, bunun da 215 milyonu beynəlxalq auditoriya, 38 milyon isə ABŞ-dan olan istifadəçilərdir", – deyə analitik bildirib.

© xezerxeber.az


73 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR