Xəzər Xəbər

Yeni nəsil sürətli enerjidoldurma texnologiyası hazırlanır

Texnologiya | 09:54 • 18 İyul 2018
Yeni nəsil sürətli enerjidoldurma texnologiyası hazırlanır

Hazırda smartfon istehsalçılarının əksəriyyəti sürətli enerjidoldurma texnologiyası hazırlamaqla məşğuldur.


Artıq bir neçə belə texnologiya ("Qualcomm Quick Charge”, "OnePlus Dash Charge” və sairə) mövcuddur. "Huawei” şirkəti "Super Charge” adlı növbəti nəsil sürətli enerjidoldurma texnologiyası üzərində işləyir.


AZƏRTAC "ilenta.com” saytına istinadla bildirir ki, "Huawei” şirkətinin "HW-100400C00” nömrəli yeni enerjidoldurma adapteri "3C” sertifikatına layiq görülüb. Yeni adapterin maksimum şarj gücü 40 Vatt təşkil edəcək.


Bundan əvvəl Çin şirkəti tərəfindən təqdim edilmiş 5V/8A spesifikasiyasını dəstəkləyən "Honor Magic” texnologiyası istifadəçilərə telefonu 45 dəqiqə müddətində enerji ilə doldurmağa imkan verirdi. "Huawei” şirkətinin növbəti nəsil "Super Charge 40W” texnologiyası smartfonu 30 dəqiqə müddətində 90 faizədək enerji ilə dolduracaq.


Müqayisə üçün, "Qualcomm Quick Charge 3.0” texnologiyası smartfonu 30 dəqiqə müddətində 50 faizədək enerji ilə doldurur. "OnePlus Dash” texnologiyası isə 30 dəqiqə müddətində 60 faizədək doldura bilər.

Xəbər lenti