Xəzər Xəbər

“YouTube” yeni funksiya istifadəyə verib

Texnologiya | 09:53 • 17 İyul 2018
“YouTube” yeni funksiya istifadəyə verib

"YouTube” videohostinq platforması tərəfindən istifadəyə verilmiş "Copyright Match” aləti müəllif hüquqlarını pozan videoçarxların axtarışı üçün nəzərdə tutulub.


AZƏRTAC "belta.by” saytına istinadən bildirir ki, videonun müəllifi öz çarxını alətə yükləyə bilər, həmin alət isə informasiyanı skan edərək sizin videoya oxşar məzmunu göstərəcək. Bundan sonra, sadəcə, xidmətin komandasına şikayət etmək qalır.


Bu xidmət yenidən yüklənmiş (yəni oğurlanmış) videolarla mübarizə aparmaq üçün hazırlanıb. İstifadəçilər "YouTube”dan videonu silməyi tələb edə, həmçinin videonu yükləmiş şəxslə birbaşa əlaqə yarada bilərlər.

Xəbər lenti