Xəzər Xəbər

Yeni "iPhone" gəlir - Rusiya millisinin qələbəsi münasibətilə

Texnologiya | 14:40 • 20 İyun 2018
Yeni "iPhone" gəlir -

Rusiyanın lüks smartfon və telefon istehsalçısı "Caviar" dünya çempionatında Rusiya millisinin Misir üzərində qələbəsinin şərəfinə "iPhone X" korpusu üçün yeni dizayn hazırlayıb.


Trend-in məlumatına görə, korpus üzərində Rusiya milli komandasının futbolçularının adları və nömrələri, eləcə də baş məşqçinin adı yer alıb.


Bu smartfonlar məhdud sayda buraxılıb. Qeyd olunur ki, satışa 24 "iPhone X Caviar" çıxarılacaq və bu smartfonun qiyməti 3700 dollardan çox olacaq.

Xəbər lenti