Xəzər Xəbər

Pakistan Türkiyənin hərbi helikopterinə müştəri çıxıb - 30 “ATAK” alır

Texnologiya | 16:57 • 25 May 2018
Pakistan Türkiyənin hərbi helikopterinə müştəri çıxıb - 30 “ATAK” alır

Pakistan Türkiyə istehsalı olan 30 ədəd "ATAK” helikopterinin satın alınması ilə bağlı bu ölkə ilə müqavilə imzalayıb.

Trend-in məlumatına görə, müqavilə üzrə danışıqlar 2017-ci ildən aparılırdı.

Müqavilənin təfərrüatları barədə məlumat verilməyib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Türkiyə helikopterlərinin Pakistana satışına qarşı çıxmışdı.

Xəbər lenti