Xəzər Xəbər

Əməkdaşlar üçün pilotsuz avto: "Apple" “Volkswagen”lə anlaşdı

Texnologiya | 17:52 • 24 May 2018
Əməkdaşlar üçün pilotsuz avto:

"Apple” korporasiyası öz əməkdaşları üçün pilotsuz avtomobil yaradılması üçün Almaniyanın "Volkswagen” konserni ilə müqavilə imzalayıb.

İKT.lent.az-ın "The New York Times”a istinadən verdiyi xəbərə görə, söhbət "T6 Transporter” furqonunu "Apple” əməkdaşlarının istifadə edəcəyi özüidarəolunan şattla çevirməkdən gedir.

Qeyd edək ki, "Apple” daha əvvəl özünün tam avtonom avtomobilini yaratmaq üçün BMW, "Mercedes-Benz” kimi şirkətlərlə danışıqlar aparırdı. Hətta bu məqsədlə xüsusi komanda yaradılmış və böyük pullar sərf olunmuşdu. Layihəyə şərti olaraq "Titan” adı verilmişdi.

Lakin şirkət sonradan bu ambisiyalı planlardan imtina etdi. Səbəb bu sahədə ixtisaslaşmış şirkətlərin xeyli irəli getməsi və onlardan fərqli hansısa yeni məhsulun ortaya çıxarılmasının mümkün olmaması idi.

Xəbər lenti

Çox oxunanlar