Xəzər Xəbər

Hindistan səsdən sürətli yerüstü "BraMos" raketlərini sınaqdan keçirdi

Texnologiya | 13:41 • 21 May 2018
Hindistan səsdən sürətli yerüstü "BraMos" raketlərini sınaqdan keçirdi

Hindistan səsdən sürətli yerüstü "BraMos" raketlərini uğurla sınaqdan keçirib. Trend-in məlumatına görə, bu barədə Hindistanın Müdafiə Tədqiqatları Təşkilatından xəbər verilib.


Məlumata görə, raketin sınağı Odişa ştatında Balasor poliqonunda həyata keçirilib.


Məlumatda qeyd olunur ki, sınaqlar qarşısında qoyulmuş vəzifə uğurla yerinə yetirilib. Belə ki, yüksək dəqiqlikli "BraMos" qeyd olunmuş trayektoriya üzrə hərəkət edib və raketin bütün sistemləri ştat rejimində çalışıb.


Qeyd edək ki, "BraMos" Rusiya-Hindistan birgə müəssisəsi tərəfindən yaradılıb.

Xəbər lenti