Xəzər Xəbər

Dronlardan poçt daşımaları üçün istifadə ediləcək

Texnologiya | 09:58 • 17 May 2018
Dronlardan poçt daşımaları üçün istifadə ediləcək

Belarusda dronlardan poçt daşımaları üçün istifadə ediləcək.


AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bunu Belarusun rabitə və informasiya naziri Sergey Popkov Minskdə II İnformasiya-Kommunikasiya Texnologiyaları Samitində çıxışı zamanı deyib.


"Dronların baza sistemi inkişaf etdiriləcək. Qazaxıstanda təxminən 100 dron poçt daşımalarını həyata keçirir. Bu layihəni Belarusda gerçəkləşdirmək istəyirik, olduqca maraqlı, effektli layihədir”, - deyə S.Popkov əlavə edib.


Nazir qeyd edib ki, xüsusilə uzaq və təhlükəli ərazilərə poçt daşımalarında dronlardan istifadə olunacaq.

Xəbər lenti