Xəzər Xəbər

Whatsapp-dan qruplarla bağlı maraqlı YENİLİK

Texnologiya | 13:56 • 16 May 2018
Whatsapp-dan qruplarla bağlı maraqlı

Whatsapp bu gün aktiv olan son güncəlləməsi ilə qrupları və qrup adminlərini maraqlandıran yeniliklərlə istifadəçilərin istifadəsinə verilib. AKKet-in verdiyi məlumata görə, yenilik həm iOS, həm də Android smartfonları üçün nəzərdə tutulub.

Platformadakı yeniliklər qrup çatları üçün nəzərdə tutulsa da, ondan istifadə edənlər də faydalana bilər. Məsələn, artıq WhatsApp vasitəsilə söhbətin istənilən iştirakçısının profilini tapmaq olar. Bunun üçün qrup haqqında informasiya olan səhifədə sadəcə onun adını yazmaq kifayətdir.

İkinci yenilik qrupun təsviri ilə əlaqədardır. Belə ki, çata yeni qoşulan istifadəçilər məlumatlar bölməsində qrupun məqsədi, qaydaları və sair öyrənə biləcək. Bu da yeni qatılan istifadəçinin söhbət barədə məlumatlı edəcək.

Tətbiqə başqa faydalı funksiyalar da əlavə edilib. Məsələn söhbətlər zamanı kiməsə cavab verilibsə, o isə bir müddətdən sonra çata qatılıbsa, həmin şəxs özünə ünvanlanan bütün ismarıcları görə biləcək. Bunun üçün layihə rəhbərləri aşağı sağ küncdə @ işarəsi əlavə ediblər.

Daha bir funksiya isə icmanın administrasiyasının idarəsi ilə bağlıdır. Artıq istifaləçilərin hüquqlarını dəyişmək mümkündür, o cümlədən onlardan hansınasa qrupun mətnini, təsvirini və ya məlumatı dəyişmək izni verilə bilər.

Bundan başqa istifadəçilərin çıxdıqları qruplara təkrar əlavə edilmələrinin də qarşısını alacaq bir qoruma sistemi təklif edilib. /faktxəbər

Xəbər lenti