Xəzər Xəbər

Gələn il “Puma” “ağıllı” saatlar istehsal edəcək

Texnologiya | 15:39 • 26 Aprel 2018
Gələn il “Puma” “ağıllı” saatlar istehsal edəcək

Gələn il "Puma” bazara "ağıllı” saatlar çıxalacaq.


İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, cihaz ilin sonuna yaxın hazır olacaq, onun istehsalı ilə müxtəlif dəbli və idman brendləri adı altında daşınar elektronika istehsal edən "Fossil” şirkəti məşğul olacaq.


Qeyd edilir ki, "Puma” və "Fossil” arasında 2028-ci ilə qədər əməkdaşlıq haqqında saziş imzalanıb. İlin sonunda satışa çıxarılacaq cihaz ilk olacaq. Ancaq "Puma” brendli sonuncu məhsul olmayacaq. Təbii ki, saatların parametrləri haqqında heç nə deyilmir. Ancaq təxmin etmək olar ki, o, hibrid model olacaq və "Wear OS” əməliyyat sistemində olacaq.


Xatırladaq ki, "Nike” və "Adidas” artıq çoxdandır daşınar elektronika bazarında mövcuddur. Ancaq hazırda onlar sərbəst olaraq cihazların istehsalı ilə məşğul olmurlar.

Xəbər lenti