Uşaqların internetə çıxışı məhdudlaşdırılacaq
GÜNDƏ 2-3 SAAT
Böyük Britaniyanın səhiyyə naziri Ceremi Hant uşaqların internetə
çıxışının gündə 2-3 saat olması ilə bağlı məhdudiyyətin tətbiq edilməsi
təşəbbüsü ilə çıxış edib.
Vladtime.ru saytının məlumatına görə, siyasətçi
hesab edir ki, bu addım gənc britaniyalıların təhlükəsizliyini təmin
edəcək.
Bütün dünya üzrə internetə çıxış hətta uşaqlar üçün də əlçatan olur.
Ancaq hələlik yalnız Böyük Britaniyada uşaqların mənəvi təhlükəsizliyi
yüksək çinli məmurlar səviyyəsində narahatlıq yaradır. Nazirin fikrincə,
uşaq üçün şəbəkədə gündə 2-3 saat olması kifayətdir.
Ceremi Hant uşaqlar arasında populyar olan iri tərtibatçılara müraciət
edərək, öz platformalarında uşaq seqmenti ilə məşğul olmağı xahiş edib.
O, əsas problem kimi böyüklər və uşaq auditoriyası üçün kontentlər
arasında kifayət qədər fərqlənmədiyini göstərib. Ancaq siyasətçi böyük
uşaqların məktəbdə təhsil alarkən nə etməli olduğuna aydınlıq
gətirməyib. Bu gün kitabxanalarda yeni kitablar, demək olar, olmur,
ancaq bütün xəbərlər şəbəkədə saxlanılır. Bu isə uşaqların informasiya
məkanında deqradasiyasına gətirib çıxaracaq. /lent.az