Xəzər Xəbər

BƏƏ-də zəmanətsiz mobil telefonların satışı qadağan olunur

Texnologiya | 13:27 • 22 Aprel 2018
BƏƏ-də zəmanətsiz mobil telefonların satışı qadağan olunur

Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat Nazirliyinin İstehlakçıların Müdafiəsi Departamenti elektron məhsulların, o cümlədən mobil telefonların və elektron cihazların zəmanətsiz satışının qadağan olunacağını bildirib.


AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, qadağa bu il iyulun 1-dən qüvvəyə minir. İstehlakçıların Müdafiəsi Departamenti bu məsələdə şirkətlərə yanvardan iyula kimi güzəştə gedib. Qeyd olunur ki, istehlakçılar və satıcılar hökumətə elektronika məhsullarının, xüsusən mobil telefonların zəmanətsiz satış müddətini uzatmaq barədə müraciət ediblər, çünki zəmanətsiz mallar daha ucuz qiymətə satılır. Bu müraciətə münasibət bildirən Departamentin direktoru Haşim Əl Nuəymi deyib ki, elektron qurğuların zəmanətsiz satışı barədə qərara yenidən baxılmayacaq və o, iyulda qüvvəyə minəcək. Bu qərar istehlakçıların müdafiəsi və əhaliyə təhlükəsiz məhsulların təqdim edilməsinə yönəlib.

Xəbər lenti