Xəzər Xəbər

“iPhone”lar üçkameralı olacaq

Texnologiya | 10:13 • 19 Aprel 2018
“iPhone”lar üçkameralı olacaq

Gələcəkdə istehsal olunması planlaşdırılan "iPhone”lar haqda yeni məlumatlar yayılıb.

Oxu.Az"Economic Daily News”a istinadən xəbər verir ki, "Apple” üçkameralı "Iphone” istehsal etməyə hazırlaşır.

Bildirilir ki, kamerada 12 meqapiksel linzalar olacaq. Üçkameralı "iPhone”lar 2019-cu ildə satışa çıxarılacaq.

Eyni zamanda, kameranın 6P dizaynı ilə beşdəfə yaxınlaşdırma (zoom) qabiliyyətinə sahib olacağı da gələn məlumatlar arasındadır. Ancaq "zoom”un optik, dijital, yoxsa hibrit kameraya malik olacağı barədə informasiya verilməyib.

Qeyd edək ki, hazırda mövcud olan "iPhone 8”də tək kamera ilə beşdəfə yaxınlaşdırmaq mümkündür, "iPhone 8 Plus” və "iPhone X”də isə ikidəfə optik yaxınlaşdırma və 10 dəfəyə qədər dijital yaxınlaşdırma var.

Əgər deyilənlər doğrudursa, "Apple”ın "Huawei”i kopyalaması kimi iddialar yenidən meydana çıxır.


Xəbər lenti