Xəzər Xəbər

Alimlər su altında əmrləri yerinə yetirən robot ixtira ediblər

Texnologiya | 17:31 • 16 Aprel 2018
Alimlər su altında əmrləri yerinə yetirən robot ixtira ediblər

ABŞ alimləri su altında işləmək üçün robot ixtira ediblər. "SwarmDiver” adlı robot su anbarlarının monitorinqi üçün nəzərdə tutulub. Kompleks suyun altında 50 metrə qədər dərinlikdə əmrləri yerinə yetirir. Robot kənd təsərrüfatında, həmçinin müdafiə məqsədilə tətbiq edilə bilər.


AZƏRTAC belta.by saytına istinadla xəbər verir ki, sistemi suya həm sahildən, həm də gəmi vasitəsilə salmaq mümkündür.


"SwarmDiver”in hər bir elementi 74 santimetr uzunluğa və iki motora malikdir. Robot saniyədə 2,2 metr sürət toplaya, həmçinin suya enə bilər. Akkumulyatorun həcmi su altında 2,5 saat işləməyə, yeddi kilometr məsafə qət etməyə imkan verir.

Xəbər lenti