Xəzər Xəbər

Öz-özünə silinən ismarışlar aktivləşəcək

Texnologiya | 17:12 • 16 Aprel 2018
Öz-özünə silinən ismarışlar aktivləşəcək

Poçt hesablarınızdan göndərdiyiniz ismarışlara avtomotik vaxt qoya biləcəksiniz.

"Gmail” elektron poçt xidməti istifadəçiləri üçün yeni funksiyanı aktivləşdirməyə hazırlaşır. Belə ki, yeni veb-versiyasda istifadəçilər müəyyən müddətdən sonra öz-özünə silinən ismarışlar göndərə biləcək. Oxşar funksiya "ProtonMail” və başqa bir sıra poçt xidmətlərində də mövcuddur.

İstifadəçi göndərdiyi ismarışa istənilən vaxtı (həftə, ay, gün və hətta il) təyin edə biləcək. Bu vaxt müddətində isə ismarış oxunsa da, oxunmasa da avtomatik silinəcək. Həmçinin elektron məktubu parol və ya SMS mesaj üzrə pin-kodla qorumaq mümkün olacaq.

Amerikalı mühəndisləri may ayının 9-da Mauntin-Vyuda start götürəcək "Google I/O” konfransında bir araya gələcək və bu barədə daha ətraflı məlumat verəcəklər./publika.az

Xəbər lenti