Xəzər Xəbər

Belarus orbitə ikinci peykini buraxır

Texnologiya | 14:56 • 23 Mart 2018
Belarus orbitə ikinci peykini buraxır

Belarus orbitə ikinci kosmik peykini buraxmağa hazırlaşır.


AZƏRTAC BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarusun Baş naziri Andrey Kobyakov məlumat verib.


Baş nazir bildirib ki, hazırda Belarus Rusiya ilə birlikdə ikinci kosmik peykin səmaya buraxılması üçün aktiv iş görür. "Düşünürəm ki, yaxın vaxtlarda görülən iş başa çatacaq və peyk səmaya buraxılacaq”, - deyə o əlavə edib.


Xatırladaq ki, Belarus orbitə ilk kosmik peykini 2012-ci ildə buraxıb.

Xəbər lenti