Xəzər Xəbər

“Mercedes” 12 min avtomobili geri çağırır

Texnologiya | 10:24 • 23 Mart 2018
“Mercedes” 12 min avtomobili geri çağırır

Almaniyanın ən böyük avtomobil şirkətlərindən biri olan "Mercedes” 12 mindən çox avtomobili geri çağırıb.


"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna avtomobillərin təhlükəsizlik yastığında yaranan problem səbəb olub.


Məlumata əsasən, şirkət 2011-2017-ci illəri əhatə edən "Mercedes-Benz” С/Е və GLK seriyalarından olan avtomobilləri geri çağırır.


Problemlər Rusiyaya ixrac olunan avtomobillərdə aşkar olunub.


Nasazlıq şirkət tərəfindən pulsuz olaraq aradan qaldırılacaq.

Xəbər lenti