Vatsapda MÜHÜM YENİLİK

21.03.2018 12:04

"Android" sistemi ilə təchiz edilmiş smartfon istifadəçilərinə daha bir yenilik edilib. Vatsap mesenceri 3 yeni funksiyasını aktivləşdirib.

Mesencerin yenilənmiş ən son versiyası "Android" idarəetməli mobil qurğularda qruplar üçün təsvir əlavə etməyə imkan verir. Link vasitəsilə yeni istifadəçilərin dəvəti zamanı məhz bu təsvir görünəcək.

Sözügedən yenilik mesencerdə qrup haqqında məlumatlar bölməsi üzrə qrup iştirakçılarının axtarışa verilməsini təmin edəcək.

Bundan başqa, indi istifadəçilər qrup danışıqlarda səsli və video zənglər arasında asanlıqla keçid edə bilərlər. Bunun üçün danışıq zamanı "video" düyməsinə sıxmaq kifayətdir./publika.az

© xezerxeber.az


847 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR